AZ

Paraşüstü açılmayan idmançı yerə çırpıldı

Rusiyanın Leninqrad vilayətinin Putilovo kəndində, "Severnıy veter" eniş sahəsinin ərazisində paraşütçü məşq zamanı həlak olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, paraşütçülər qrupunun AN-28 təyyarəsindən tullanması zamanı 38 yaşlı idmançı, hesabında azı 400 paraşütlə tullanma olmasına baxmayaraq, düşdüyü çətin vəziyyətdən çıxa bilməyib. İdmançının əsas paraşütünün kəndirləri havada bir-birinə dolaşıb və o, kəndirləri aça bilməyib. Ehtiyat paraşütü isə yerdən cəmi 10 metr aralıda açılıb və nəticədə o, yerə çırpılaraq həyatını itirib.

Leninqrad Nəqliyyat İstintaq İdarəsi tərəfindən təhlükəsizlik tələblərinə cavab verməyən və ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olan xidmətlərin göstərilməsi ilə bağlı cinayət işi açılıb.

Hazırda baş verənlərin bütün təfərrüatları hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dəqiqləşdirilir.

Seçilən
109
5
sia.az

7Mənbələr