AZ

Azərbaycan millisi bu gün Qazaxıstanla qarşılaşacaq

Futbol üzrə Azərbaycan millisi bu gün Qazaxıstan yığması ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək.

"Unikal" xəbər verir ki, qarşılaşma Macarıstanın Sombatxey şəhərində oynanılacaq.

“Haladaş” İdman Kompleksinin stadionunda reallaşacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Matçın baş hakimi macarıstanlı Bens Çonka olacaq.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də keçirilmiş yoldaşlıq oyununda Albaniya seçməsinə 1:3 hesabı ilə məğlub olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
16
unikal.az

9Mənbələr