AZ

Yeni Klinikada direktor müavini vəzifəsinə yeni təyinat     

Yeni Klinika tibb müəssisəsinin direktor müavini vəzifəsinə yeni təyinat olub.
 
Klinikadan Aztibb.az-a verilən xəbərə görə, dövlət xətti ilə doktorantura ixtisası üzrə (Səhiyyə təşkilatlarının idarə edilməsi) Türkiyədə təhsilinə icazə verilən ilk azərbaycanlı Ravil Tağıyev tibb müəssisəsinin iqtisadi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib.
 
Qeyd edək ki, Ravil Tağıyev 1997-2001-ci illərdə Türkiyənin Konya şəhərindəki Səlcuk Universitetində menecment ixtisası üzrə bakalavr, 2001-2005-ci illərdə Ankara Universitetində biznesin təşkili və idarə edilməsi üzrə magistratura təhsili alıb. 2005-ci ildən Ankara Qazi Universitetinin (Ankara Hacı Bayram Veli Universiteti) doktorantı olan Ravil Tağıyev əmək fəaliyyətinə 2008-ci ildə Ankarada Universitet xəstəxanasında başlayıb. 2011-ci ildə o, Azərbaycana qayıdaraq 2024-cü ilin fevral ayına qədər Modern Hospitalda icraçı direktor kimi fəaliyyət göstərib.
 
Ravil Tağıyev hazırda Azərbaycan Dövlət İqtisad Universiteti və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) ixtisası üzrə müəllim kimi fəaliyyət göstərir.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
4
aztibb.az

5Mənbələr