AZ

Pirallahıda balıq ovu edən şəxs dənizdə batıb

Pirallahıda nəzarətsiz ərazidə sualtı balıq ovu edərkən dənizdə bataraq ölüb.

E-huquq.az-ın məlumatına görə, 1978-ci il təvəllüdlü Mirzəyev Mikayıl Pirallahı rayon Dübəndi neft terminalın yaxınlıqda nəzarətsiz ərazidə sualtı balıq ovu edərkən dənizdə bataraq ölüb.

Onun meyiti həmin terminalın yaxınlığında dəniz sahilindən 800 metr məsafəsində dənizdə yerləşən qayanın yaxınlığından Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Orxan Rasifoğlu

Seçilən
124
e-huquq.az

1Mənbələr