AZ

Türkiyə ilin sonuna qədər inflyasiyanın 75,4%-dən 38%-ə düşəcəyini bildirib

Türkiyədə inflyasiyanın azalması iyunda başlayıb.

FED.az xəbər verir ki, Respublikanın vitse-prezidenti Cevdet Yılmaz bildirib ki, inflyasiya ilin sonuna may ayındakı 75,4%-dən 38%-ə, 2026-cı ilə qədər isə 10%-dən aşağı düşəcək.

"İnflyasiya ilə mübarizə üçün keçid dövründə müəyyən addımlar atmışıq. Onun azalması may ayından sonra başlayacaq, sonrakı aylarda da davam edəcək və ilin sonunda inflyasiya 38%-ə düşəcək. 2026-cı il üçün inflyasiya hədəfini müəyyən etmişik: 10%-dən aşağı düşcək, o zaman təkrəqəmli inflyasiyaya nail olacağıq", - Yılmaz NTV -də deyib.

Türkiyənin Maliyyə naziri Mehmet Şimşək daha əvvəl bildirmişdi ki, respublika iqtisadiyyatı üçün ən pis dövr arxada qalıb və iyun ayında deinflyasiya prosesinə daxil olur. (Marja)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
7
fed.az

10Mənbələr