AZ

Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb, ölənlər var

Rusiya Hava Kosmik Qüvvələrinin (HKQ) "Su-34" təyyarəsi Şimali Osetiya dağlarında qəzaya uğrayıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
"Şimali Osetiya-Alaniya Respublikasının dağlıq ərazisində planlı təlim-məşq uçuşu zamanı Rusiya HKQ-nin "Su-34" təyyarəsi qəzaya uğrayıb. Təyyarə əhalisi olmayan əraziyə düşüb. Ərazidə dağıntı yoxdur. Heyət həlak olub", - deyə qurumdan bildiriblər.
Təyyarə qəzasının ilkin səbəbi texniki nasazlıq ola bilər.
"Təyyarənin düşdüyü əraziyə HKQ-nin komissiyası göndərilib", - Müdafiə Nazirliyindən əlavə ediblər.
Respublikanın operativ xidmətlərinin məlumatına görə, Alaqir rayonunun dağlarına düşən təyyarədə iki pilot olub.
Seçilən
138
5
oxu.az

3Mənbələr