AZ

Bakıda zəncirvari qəza: Xəsarət alan var

Bakının Binəqədi rayonunda üç avtomobilin toqquşması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Hüseyn Seyidzadə küçəsində qeydə alınıb.

Belə ki, zəncirvari qəzada iki "Hyundai" və "Fiat Doblo" markalı minik avtomobilləri toqquşub.

Avtomobillər yararsız vəziyyətə düşüb. Bir nəfər xəsarət alıb.

Əraziyə polis əməkdaşları cəlb ediliblər. Hadisənin təfərrüatı araşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
11
hakimiyyet.az

10Mənbələr