AZ

Sumqayıtda tanışını öldürən şəxsə 10 il HƏBS CƏZASI

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Azər Dadaşovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. 

 

Qeyd: 2022-ci il dekabrın 17-də, saat 14 radələrində Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində 1989-cu il təvəllüdlü Cavid Şirməmmədovun aldığı bıçaq xəsarətləri səbəbindən ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, həmin qəsəbənin sakini 1985-ci il təvəllüdlü Azər Dadaşovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Cavid Şirməmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Azər Dadaşov şübhəli şəxs qismində tutulub.

 

Kamal Məmmədov

 

Tarix: 11 İyun 2024, 08:38   
Seçilən
129
5
pravda.az

3Mənbələr