AZ

Finlandiyanın hava məkanı pozulub - » AzadMedia.az


Rusiya hərbi təyyarəsi Finlandiya körfəzinin şərq hissəsində, Loviysa yaxınlığında Finlandiyanın hava məkanını pozub.

Azadmedia.az xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.

Belə ki, “Pozuntu bu gün, bazar ertəsi səhər saatlarında baş verib. Təyyarə təxminən iki dəqiqə Finlandiya hava məkanında olub və sərhəddən 2,5 km dərinliyə uçub”, - deyə nazirlikdən bildirilib.

Həmçinin “Biz sərhədlərimizin pozulmasını ciddi yanaşırıq, məsələ ilə bağlı araşdırmaya başlanılıb”, - deyə Finlandiyanın müdafiə naziri Antti Hakkyanen deyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
12
azadmedia.az

3Mənbələr