AZ

Şimali Osetiyada Su-34 qırıcısı qəzaya uğrayıb (YENİLƏNİB)

Şimali Osetiyada hərbi təyyarənin qəzaya uğraması ilə bağlı məlumatlar yoxlanılır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baza teleqram kanalı məlumat yayıb. Bildirilir ki, yerli sakinlər dağlarda naməlum təyyarənin qəzaya uğradığını görüblər. Hadisə şahidlərinin sözlərinə görə, gecə yarısı o, Qornı Dzuarikau kəndi yaxınlığında qayaya çırpılıb.

İlkin məlumatlara görə, söhbət Su-34 qırıcısından gedir, lakin hələlik rəsmi məlumat yoxdur. Hazırda hadisə yerinə polis əməkdaşları və xilasedicilər gəlib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, pilotlar həlak olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
1
ucnoqta.az

2Mənbələr