AZ

İdmançı faciəvi şəkildə öldü

Rusiyanın Leninqrad vilayətində idmançı faciəvi şəkildə vəfat edib. SİA xəbər verir ki, paraşüt sisteminin nasazlığı və ehtiyat paraşütün gec buraxılması səbəbindən 1986-cı il təvəllüdlü kişi paraşütçü təyyarədən tullanan zaman ölüb. Hadisə iyunun 9-da Putilovo kəndində Şimal küləyi eniş meydançasında baş verib. Bu barədə Şimal-Qərb Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Hadisə ilə əlaqədar təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi ilə bağlı cinayət işi açılıb.

Seçilən
110
2
sia.az

3Mənbələr