AZ

Husilər ABŞ-İsrail casuslarını ələ keçirdi

Yəməndəki üsyançı hərəkatı ABŞ-İsrail casus şəbəkəsinin üzvlərini həbs etdiyini açıqlayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə husilərin təhlükəsizlik xidmətinin rəhbəri Abdel Hakim əl-Xayvani deyib.

O bildirib ki, casuslar ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əlaqəlidir və beynəlxalq humanitar təşkilatlar adı altında fəaliyyət göstəriblər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
86
4
milli.az

5Mənbələr