AZ

AVRO-2024: 10 şəhər, 10 stadion

Almaniyada baş tutacaq Avropa çempionatının startına sayılı günlər qalıb.

İdman.biz AVRO-2024-ün keçiriləcəyi şəhərlər və stadionları təqdim edir.

Turnir Mərkəzi Avropa ölkəsinin 10 şəhərinin 10 stadionunda təşkil olunacaq. Avropa çempionatının açılış matçında Münhendə, final isə Berlində keçiriləcək.

Şəhərlər, stadionlar
Berlin. Olimpiya stadionu

Tamaşaçı tutumu: 71000 nəfər
Əsası qoyulub: 1936 (yenidənqurma – 1960, 1974, 2006)
Oyun sayı: 6 (qrup, 1/8 final, 1/4 final, final)

Dortmund. “BVB Stadion Dortmund” stadionu
Tamaşaçı tutumu: 62000 nəfər
Əsası qoyulub: 1974 (yenidənqurma – 1992, 1995-1999, 2002-2003, 2006)
Oyun sayı: 6 (qrup, 1/8 final, 1/2 final,)

Düsseldorf. “Düsseldorf Arena” stadionu
Tamaşaçı tutumu: 47000 nəfər
Əsası qoyulub: 2004
Oyun sayı: 5 (qrup, 1/8 final, 1/4 final)

Frankfurt-Mayn. “Frankfurt Arena” stadionu
Tamaşaçı tutumu: 47000 nəfər
Əsası qoyulub: 1925 (yenidənqurma – 1937, 1953, 1972-1974, 2002-2005)
Oyun sayı: 5 (qrup, 1/8 final)

Gelzinkirhen. “Feltins-Arena” stadionu
Tamaşaçı tutumu: 50000 nəfər
Əsası qoyulub: 2001
Oyun sayı: 4 (qrup, 1/8 final)

Hamburq. “Folksparkştadion” stadionu
Tamaşaçı tutumu: 49000 nəfər
Əsası qoyulub: 1998 (keçmiş arena – 1953)
Oyun sayı: 5 (qrup, 1/4 final)

Köln. “Köln Stadium” stadionu
Tamaşaçı tutumu: 43000 nəfər
Əsası qoyulub: 2004
Oyun sayı: 5 (qrup, 1/8 final)

Leypsiq. “Leypsiq” stadionu
Tamaşaçı tutumu: 40000 nəfər
Əsası qoyulub: 2004
Oyun sayı: 4 (qrup, 1/8 final)

Münhen. “Alyans Arena” stadionu
Tamaşaçı tutumu: 66000 nəfər
Əsası qoyulub: 2005
Oyun sayı: 6 (qrup, 1/8 final, 1/2 final)

Ştutqart. “Ştutqart Arena” stadionu
Tamaşaçı tutumu: 51000 nəfər
Əsası qoyulub: 1933 (yenidənqurma – 1949-1951, 1999-2003, 2004-005, 2009-2011, 2017)
Oyun sayı: 5 (qrup, 1/4 final)

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
2
idman.biz

3Mənbələr