Neftçalada 74 yaşlı kişinin meyiti aşkarlanıb.
Hadisə rayonun “Qoltuq” deyilən yaşayış massivində qeydə alınıb.
Belə ki, yerli sakin 1950-ci il təvəllüdlü Həsənov Mürsəl Rəsul oğlunun meyiti yaşadığı evdə aşkarlanıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanları cəlb olunub.
M. Həsənovun evdə tək yaşadığı bildirilir. Faktla bağlı araşdırma aparılır.\Report
"Cebhe.info"