AZ

Rusiya səfiri İrəvana qayıtdı

Məsləhətləşmələr üçün Moskvaya çağırılan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvana qayıdıb.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

"Sergey Pavloviç məsləhətləşmələrdə iştirak edib və bildiyimə görə, o, artıq İrəvandadır", - Mixail Qaluzin Rusiya-Belarus ittifaq dövlətinin Nazirlər Şurasının yüksəksəviyyəli qrupunun iclası ərəfəsində deyib.

O vurğulayıb ki, "səfirin məsləhətləşmələrə çağırılması tamamilə standart prosedurdur və tez-tez istifadə olunur".

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi mayın sonunda ölkənin İrəvandakı səfirini məsləhətləşmələr üçün Moskvaya çağırdığını elan edib.

Mənbə: oxu.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
3
oxu.az

4Mənbələr