AZ

Türkiyədə işsizlik azalıb

Türkiyədə işsizlik azalıb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türkiyə Statistika Təşkilatı (TÜİK) 2024-cü ilin aprel ayı üzrə işçi qüvvəsi statistikasını açıqlayıb. Buna əsasən, Türkiyədə işsizlərin sayı aprel ayında bir əvvəlki aya – marta görə 18 min nəfər azalaraq 3 milyon 42 min nəfərə çatıb.

İşsizlik nisbəti aprel ayında martla müqayisədə 0,1 bənd azalaraq 8,5 faiz olub. 2023-cü ilin eyni aylarının müqayisəsində işsizlik səviyyəsi 1,5 bənd azalıb.

“Türkiyə hökumətinin iqtisadi siyasəti öz bəhrəsini verir, işsizlik səviyyəsi azalır”, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bazar ertəsi, iyunun 10-da sosial şəbəkələrdə ölkədə məşğulluq səviyyəsi ilə bağlı son statistik məlumatları şərh edərkən yazıb.

“Aprelin sonunda Türkiyədə işsizlik 8,5 faizə düşüb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə bir yarım faiz bəndi aşağıdır. İl ərzində məşğul əhalinin sayı 983 min nəfər artaraq 32,6 milyon nəfərə çatıb”, - deyə vitse-prezident qeyd edib.

Cevdet Yılmaz qeyd edib ki, Türkiyə hökuməti müxtəlif yaş kateqoriyalarından olan qadınlarla yanaşı, gənclərin də məşğulluğuna xüsusi önəm verir.

“Bu ilin aprel ayında Türkiyədə qadınlar arasında işsizlik səviyyəsi 11,1 faiz təşkil edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 2,9 faiz azdır. Bütün bunlar Türkiyə iqtisadiyyatının potensialının artmasına ümidlə baxmağa imkan verir”, - deyə siyasətçi vurğulayıb.

Vitse-prezident əmin edib ki, Türkiyə hökumətinin siyasəti uzunmüddətli perspektivdə əhalinin rifahının yaxşılaşdırılmasına yönəlib ki, bu da yalnız yeni iş yerlərinin yaradılması və ixtisaslı mütəxəssislərin sayının artırılması ilə mümkündür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
7
sia.az

8Mənbələr