AZ

Atəşə tutulan avtobus dərəyə aşdı: ölənlər var

Hindistanın şimalında naməlum yaraqlılar zəvvarların olduğu avtobusa atəş açıb, azı 10 nəfər ölüb, bundan sonra avtobus dərəyə düşüb.

“Report”un NDTV telekanalına istinadən xəbərinə görə, hadisə Cammu və Kəşmirin birgə ərazisində baş verib.

Yerli məbədə gedən və terrorçuların atəşinə tutulan avtobusda əsasən zəvvarlar olub. Avtobusun sürücüsü atəşin altından çıxmaq istəyərkən idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxıb.

Hadisə yerinə hərbi polis və quru qüvvələrinin əsgərləri göndərilib. Terrorçuların axtarışı aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
4
avtosfer.az

5Mənbələr