AZ

Parisin meri Makronun hərəkətlərindən narahat olduğunu bildirdi

Paris meri Ann İdalqo AFP-yə müsahibəsində prezident Emmanuel Makronun iyunun 9-da keçirilən Avropa Parlamentinə seçkilərdə uduzduqdan sonra ölkə parlamentini buraxmaq qərarından şoka düşdüyünü bildirib.

Qaziler.az bu barədə “Gazeta.ru”ya istinadla bildirir. Onun sözlərinə görə, belə bir qərar qarşıdan gələn Olimpiya Oyunlarına təsir göstərə bilər.

“Prezidentin buraxılmaq qərarına gəldiyini eşidəndə məəttəl qaldım. Parlamentin Oyunlardan əvvəl dərhal buraxılması son dərəcə narahatedicidir”, - Fransa paytaxtının meri bildirib.

Qeyd edək ki, 2024-cü il Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
11
qaziler.az

10Mənbələr