AZ

Microsoft portativ “Xbox” haqqında şayiələrə münasibət bildirib

Xbox Games Showcase 2024 təqdimatında üç yeni Xbox Series X və S modeli təqdim edildi, lakin insayderlərin tez-tez danışdığı tam hüquqlu Xbox portativ konsoluna məhəl qoyulmayıb.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, tədbirdən sonra IGN redaktoru Ryan McCaffrey Microsoft Gaming rəhbəri Phil Spencer-dən belə bir cihazın hazırlanması barədə soruşub. Top menecer bu məlumatı təsdiqləməyib və ya təkzib etməyib, lakin “Xbox-un hardware sahəsində heyrətamiz gələcəyini” qeyd edib.

Phil Spencer, “Xbox komandasının əldə etdikləri və fərqli forma faktorları, oyunlardan həzz almağın müxtəlif yolları ilə gördükləri işdən inanılmaz dərəcədə məmnun olduğunu” söyləyib. Hipotetik Xbox portativinin nə ola biləcəyi barədə soruşduqda isə Spenser oyunları yerli olaraq idarə etməyin vacibliyini qeyd edib, həmçinin Steam Deck, Lenovo Legion GO və ASUS ROG Ally cihazlarını bəyəndiyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
1
nocomment.az

2Mənbələr