AZ

İspaniya klubunun azarkeşləri irqçiliyə görə HƏBS OLUNDU

"Valensiya"nın üç azarkeşi həbs olunub.

Bizim.Media xəbər verir ki, buna səbəb fanatların "Real'la matçda rəqib futbolçu Vinisius Juniora qarşı etdikləri irqçi davranışdır.

Onların hər birinə 8 ay həbs cəzası verilib. Bundan başqa, həmin azarkeşlərin 2 il müddətinə stadionda futbol matçlarını izləməsi qadağan olunub. İspaniya futbolu tarixində ilk dəfə irqçiliyə görə həbs cəzası verilir.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
58
1
bizim.media

2Mənbələr