AZ

DYP isti hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Hazırda havanın temperaturunun mövsümə uyğun olaraq artması avtonəqliyyat vasitələrinin istismarına və sürücülərin səhhətinə təsirsiz ötüşmür. Mütəxəssislərin qeyd etdiyi kimi, havanın yüksək temperaturu insanda başgicəllənmə, əzginlik, süstlük hissi yaradır və bu da öz növbəsində uzun müddət fasiləsiz avtomobil idarə edən sürücülərin diqqətinin yayınmasına, onların ətrafdakı prosesləri vaxtında və ya düzgün qiymətləndirə bilməməsinə səbəb olur.

Doğru.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) isti hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciətində deyilir: “Bunları nəzərə alaraq, uzaq məsafələrə səfərə hazırlaşan, eləcə də əsasən günorta saatlarında avtomobil idarə edən sürücülərə nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirməyə, yolboyu qaydalara ciddi riayət etməyə, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, günün nisbətən sərin vaxtlarında yola çıxmağa, 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra DYP-nin stasionar postlarında dayanaraq qısa müddətə istirahət etməyə çağırırıq”.

Müraciətdə sərnişinlərə isti havalarda sürücünün əhvali-ruhiyyəsinə diqqət yetirmək, onların əzgin, yuxulu və ya digər səbəblərdən nəqliyyat vasitəsini idarə etməkdə çətinlik çəkdiyini hiss edəndə hərəkətin dayandırılmasına çalışmaq tövsiyə olunur.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
49
dogru.az

10Mənbələr