AZ

®“Bakcell”in dəstəyi ilə “Google AI Hackathon” baş tutub

“Bakcell”in rəsmi sponsorluğu və “Tech Academy”nin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə “Google AI Hackathon” baş tutub.

IDDA-nın ev sahibliyi etdiyi innovasiya və yüksək texnologiyaları təmsil edən tədbir, yaradıcı beyinləri, süni intellekt həvəskarlarını, developer və proqramçıları bir araya toplayıb. “Google”ın möhtəşəm Sİ platforması olan “Gemini”dən istifadə edərək yenilikçi həllər tapmağa çalışan 21 komanda 2 gün ərzində qalibiyyət üçün yarışıb.

“Bu möhtəşəm tədbirin Bakıda keçirilməsi Azərbaycanın texnologiya sahəsindəki liderliyini və innovasiyaya olan dəstəyimizi təmsil edir. Komandaların nümayiş etdirdikləri yaradıcılıq və istedad həqiqətən ilhamverici idi. Bugünkü tədbiri dəstəklədiyimiz kimi Azərbaycanın parlaq gənclərinin də hər zaman yanındayıq”, - deyə “Bakcell”in baş icraçı direktoru Klaus Müller bildirib.

“Bakcell” əməkdaşının da təmsil etdiyi münsiflər heyətinin qərarına əsasən 2-ci günün sonunda hakatonun qalibləri təyin olunub. “Codage” adlı komanda 1-ciliyə layiq görülərək 3000 manat, 2-ci yeri tutan “Josua Verse” komandası 2000 manat, “LİBRA və SPARK” komandası isə 3-cülüklə 1000 manat dəyərində pul mükafatı qazanıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
40
azertag.az

10Mənbələr