AZ

Bakı İstintaq Təcridxanasının nəzarətçisi həbs edildi

Bakı İstintaq Təcridxanasında dustaqlardan rüşvət almaqda ittiham olunan Elşad Məmmədovun cinayət işi məhkəmə araşdırması başa çatıb.

Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən Elşad Məmmədov 8 il 1 ay azadlıqdan məhrum edilib. İbtidai və məhkəmə istintaqı dövründə azadlıqdan olan Elşad Məmmədov məhkəmə zalında həbs edilərək, əvvəl nəzarətçisi olduğu təcridxanaya göndərilib.
Qeyd edək ki,  Elşda Məmmədov Bakı İstintaq Təcridxanasında nəzarətçi işlədiyi müddətdə istifadəsi qadağan edilən telefonları yoxlamadan kənar olaraq cəza çəkən şəxslərə verib.

Nəzarətçi xidmətlərinin qarşılığında dustaqlardan və yaxınlarından rüşvət alıb.

Ona qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 317-1.2 (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi – Eyni əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 311.3.2-ci  (rüşvət alma-təkrar törədildikdə) maddələri ittiham irəli sürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
5
tribunainfo.az

10Mənbələr