AZ

Türkiyənin bu vilayətində meşə yanğını başlayıb

Türkiyənin Adana vilayətinin Feke rayonunda meşə sahəsində yanğın başlayıb.

Day.Az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Məlumata görə, Konakkuran ərazisində meşəlik ərazidə çıxan yanğının səbəbi məlum deyil.

Yanğını lokallaşdırılması üçün hadisə yerinə Meşə Region Müdirliyi qrupları, həmçinin təyyarələr, helikopterlər və yanğınsöndürən maşınlar cəlb edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
3
day.az

6Mənbələr