AZ

Kredit tarixçələrini əldə edən vətəndaşların sayı 100 mini ötüb

Kredit

Bakı, 10 iyun, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankı (AMB) vətəndaşlara Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemində (MKRS) onlara aid məlumatları Elektron Xidmətlər Portalı üzərindən əldə etmək imkanı təqdim edib.

AMB-dan AZƏRTAC-a bildirilib ki, ötən ilin yanvar ayından istifadəyə verilmiş xidmətdən ödənişsiz şəkildə öz kredit tarixçələri barəsində məlumat əldə etmiş vətəndaşların sayı artıq 100 min nəfəri keçib. Vətəndaşlar tərəfindən əldə edilmiş kredit hesabatlarının sayı isə 300 mindən çox olub.

Vətəndaşlar real vaxt rejimində Elektron Xidmətlər Portalında müvafiq səhifəyə (http://accr-portal.e-cbar.az) “digital.login” vasitəsilə daxil olaraq ödənişsiz şəkildə öz kredit tarixçələrini nəzərdən keçirə bilərlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
3
azertag.az

10Mənbələr