AZ

Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, iyunun 10-16-da müxtəlif növlər üzrə yarışlar təşkil olunacaq.

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
- “Uşaq hüquqları aylığı”na həsr edilmiş şahmat üzrə "Təhsil" RİM-in Sumqayıt şəhər 2 nömrəli UGİŞM-nin təsnifat yarışı (IV-III dərəcə) – 10-13 iyun, saat 10:00 ("Təhsil" RİM-in Sumqayıt şəhər 2 nömrəli UGİŞM);
- 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş atletika üzrə ümumtəhsil müəssisələri arasında Xızı rayon birinciliyi – 11 iyun, saat 11:00 (Xızı rayonu, Heydər Əliyev parkı)
- Uşaq zorakılığına qarşı mübarizəyə həsr edilmiş karate üzrə ustad dərsləri – 12 iyun, saat 19:00 (Sumqayıt şəhəri, “Alüminiumçu” İdman Evi).
- 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tüfəngdən atıcılıq (tir atıcılığı) üzrə idarə, müəssisə və təşkilatlar arasında Xızı rayon çempionatı – 13 iyun, saat 11:00 (Xızı rayonu, Heydər Əliyev Mərkəzi);
- “Sağlam həyat” layihəsi çərçivəsində voleybol üzrə ustad dərsləri – 13 iyun, saat 18:00 (Abşeron rayonu, Masazır kəndi Qurtuluş 93);
- “Abşeron gəncləri narkomaniyaya yox deyir” devizi altında taekvondo üzrə ustad dərsləri – 14 iyun, saat 10:00 (Xırdalan şəhəri, Heydər Əliyev adına park);
- 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş minifutbol üzrə idarə, müəssisə və təşkilatlar arasında Sumqayıt şəhər kuboku – 14-18 iyun, saat 18:00 (Sumqayıt şəhəri, “Kapitalbank Arena”).
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- 15 İyun - Milli Qurtuluş Günü münasibətilə yeniyetmələr arasında minifutbol üzrə turnir - 10-13 iyun, saat 14:30 (Qobustan Olimpiya İdman Kompleksi);
- 15 İyun - Milli Qurtuluş Günü münasibətilə yeniyetmələr arasında cüdo üzrə rayon turniri - 11 iyun, saat 15:00 (Ağsu cüdo zalı);
- 15 İyun - Milli Qurtuluş Günü münasibətilə idarə, təşkilatlar arasında voleybol üzrə rayon birinciliyi - 12-13 iyun, saat 10:00 (İsmayıllı Olimpiya İdman Kompleksi);
- 16 iyun - Beynəlxalq Atalar Günü münasibətilə əyləncəli idman tədbiri - 14 iyun, saat 11:00 (İsmayıllı şəhər Heydər Əliyev adına Park);
- "İdman hamı üçün" layihəsi çərçivəsində ağırlıqqaldırma üzrə məşğələ - 14 iyun, saat 15:00 (Qobustan rayon "Ağırlıqqaldırma" idman zalı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində sərbəst güləş üzrə məşğələ - 14 iyun, saat 15:00 (Şamaxı şəhər stadionu).
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində boks üzrə nümunəvi çıxışlar - 10 iyun, saat 16:00 (Naftalan şəhəri, Qələbə Parkı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində sərbəst güləş üzrə nümunəvi çıxışlar - 10 iyun, saat 16:00 (Goranboy Olimpiya İdman Kompleksi);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş minifutbol üzrə Goranboy kuboku (qrup oyunları) - 10-12 iyun, saat 18:00 (Goranboy Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində yunan-Roma güləşi üzrə nümunəvi çıxışlar - 11 iyun, saat 14:30 (Goranboy rayonu Qaradağlı kəndi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində voleybol üzrə nümunəvi çıxışlar - 11 iyun, saat 16:00 (Naftalan UGİM);
- "İdman hamı üçün" layihəsi çərçivəsində futbol üzrə nümunəvi çıxışlar - 12 iyun, saat 17:00 (Goranboy rayonu Alpout kəndi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo üzrə nümunəvi çıxışlar - 12 iyun, saat 16:00 (Naftalan UGİM);
- "İdman hamı üçün" layihəsi çərçivəsində futbol üzrə nümunəvi çıxışlar - 13 iyun, saat 10:30 (Goranboy Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində futbol üzrə nümunəvi çıxışlar - 13 iyun, saat 15:00 (Gəncə İdman Liseyi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində gimnastika üzrə nümunəvi çıxışlar - 13 iyun, saat 16:00 (Naftalan UGİM);
- "İdman hamı üçün" layihəsi çərçivəsində ağırlıqqaldırma üzrə nümunəvi çıxışlar - 14 iyun, saat 15:00 (Goranboy rayonu Nərimanlı kəndi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində şahmat üzrə nümunəvi çıxışlar - 14 iyun, saat 16:00 (Naftalan UGİM);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş badminton üzrə yarış - 15 iyun, saat 10:00 (Gəncə şəhər 39 nömrəli orta məktəb);
- "İdman hamı üçün" layihəsi çərçivəsində həndbol üzrə nümunəvi çıxışlar - 16 iyun, saat 15:00 (Azərbaycan Texnologiya Universiteti);
- "İdman hamı üçün" layihəsi çərçivəsində gimnastika üzrə nümunəvi çıxışlar - 15 iyun, saat 15:30 (Goranboy Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində nümunəvi çıxışlar - 15 iyun, saat 16:00 (Naftalan UGİM);
- "İdman hamı üçün" layihəsi çərçivəsində futbol üzrə nümunəvi çıxışlar - 16 iyun, saat 16:00 (Naftalan UGİM);
- "İdman hamı üçün" layihəsi çərçivəsində qrapplinq üzrə nümunəvi çıxışlar - 16 iyun, saat 15:00 (Gəncə MMA Mərkəzi).
Qarabağ Regional Gənclər və İdman İdarəsi
- 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş orta məktəb şagirdləri arasında minifutbol üzrə rayon kuboku - 13 iyun, saat 12:00 (Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsi);
- Gimnastika üzrə nümunəvi hərəkətlər - 12 iyun, saat 15:00 (Ağdam Olimpiya İdman Kompleksi);
- 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş uşaq, yeniyetmə və gənclər arasında kikboksinq üzrə rayon turniri – 12 iyun, saat 16:00 (Ağcabədi şəhər 1 saylı tam orta məktəb).
Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
- 2012-2013-cü il təvəllüdlü yeniyetmələr arasında minifutbol üzrə “Göyəzən” futbol klubunun açıq birinciliyi - 10 iyun, saat 10:00 (Qazax şəhər stadionu);
- Basketbol üzrə nümunəvi çıxışlar - 11 iyun, saat 10:00 (Qazax rayon Ş.Çobanov adına Ağköynək kənd tam orta məktəb);
- Uşaq və yeniyetmələr arasında dama üzrə birincilik - 11 iyun, saat 11:00 (Ağstafa rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- Yunan-Roma güləşi üzrə nümunəvi çıxışlar - 12 iyun, saat 15:00 (Ağstafa rayon M.Allahverdiyev adına Dağ Kəsəmən 1 saylı tam orta məktəb);
- Futbol üzrə ustad dərsləri - 12 iyun, saat 10:00 (Şəmkir Olimpiya İdman Kompleksi);
- Yeniyetmə oğlan və qızlar arasında güllə atıcılığı üzrə rayon birinciliyi - 12 iyun, saat 15:00
(Gədəbəy rayon Xarxar kənd idman meydançası);
- Stolüstü tennis üzrə rayon turniri - 12 iyun, saat 15:00 (Tovuz Gənclər Evi) ;
- Sərbəst güləş üzrə ustad dərsləri - 13 iyun, saat 16:00 (Tovuz Olimpiya İdman Kompleksi);
- Sərbəst güləş üzrə ustad dərsləri - 14 iyun, saat 15:00 (Şəmkir Olimpiya İdman Kompleksi);
- Velosipedin şose növü üzrə ölkə çempionatı (bütün kateqoriyalar) – 14-16 iyun (Tovuz).
- 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş karate üzrə nümunəvi çıxışlar - 15 iyun,
saat 16:00 (Qazax rayon Mütəfəkkirlər parkı);
- Taekvondo üzrə Şəmkir UGİM daxili birinciliyi - 16 iyun, saat 10:00 (Şəmkir rayon Kür qəsəbə idman zalı).
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş minifutbol üzrə Siyəzən rayon çempionatının qrup oyunları - 10-15 iyun, saat 18:00 (Siyəzən şəhər stadionu);
- Bələdiyyə komandaları arasında futbol üzrə Qusar rayon birinciliyinin II tur oyunları - 11-16 iyun, saat 16:00 (Qusar rayonu, Köhnə Xudat kənd futbol meydançası);
- 15 İyun - Milli Qurtuluş Günü münasibətilə gənclər arasında basketbol idman növü üzrə rayon birinciliyi - 12 iyun, saat 10:00 (Siyəzən rayonu, 2 nömrəli tam orta məktəb);
- "İdman hamı üçün" layihəsi çərçivəsində üzgüçülük üzrə kütləvi idman tədbiri - 12 iyun, saat 11:00 (Qusar Olimpiya İdman Kompleksi);
- 16 iyun - Beynəlxalq Atalar Günü münasibətilə "Biz birlikdə güclüyük" adlı karate üzrə əyləncəli idman tədbiri - 12 iyun, saat 16:00 (Xaçmaz rayonu, "Zəfər parkı");
- 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş 2010, 2011 və 2012-ci il təvəllüdlü yeniyetmələr arasında minifutbol üzrə Şabran rayon birinciliyi - 12-14 iyun, saat 15:00 (Şabran rayonu, Bayraq Meydanında yerləşən süni örtüklü minifutbol meydançası);
- "Sağlam həyat" layihəsi çərçivəsində cüdo üzrə kütləvi idman tədbiri - 13 iyun, saat 15:00 (Siyəzən şəhər stadionu);
- 16 iyun - Beynəlxalq Atalar Günü münasibətilə dama üzrə ata və övladlardan ibarət komandalar arasında "Atalar yarışır" adlı turnir - 13 iyun, saat 15:00 (Şabran rayon Ağsaqqallar Evi);
- 16 iyun – Beynəlxalq Atalar Günü münasibətilə atalar və oğullar arasında minifutbol üzrə turnir - 14 iyun, saat 10:00 (Siyəzən şəhər stadionu);
- 16 iyun - Beynəlxalq Atalar Günü münasibətilə atalar və uşaqlar arasında şahmat üzrə turnir - 14 iyun, saat 11:00 (Qusar rayonu, Simurq Kulturologiya mərkəzi);
- Vinq-çun üzrə ölkə birinciliyi və çempionatı – 14-15 iyun (Quba);
- 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş 2012-2014-cü il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə Şabran rayon birinciliyi - 15 iyun, saat 10:00 (Şabran rayonu, UGİM-in idman zalı);
- “Quba - İdman Paytaxtı 2024” çərçivəsində vinq-çun üzrə ölkə birinciliyi və çempionatı - 15 iyun, saat 12:00 (Quba Olimpiya İdman Kompleksi);
- Şahmat üzrə ölkə çempionatı - Final (14-16 yaşadək oğlanlar və qızlar) – 16 -24 iyun (Quba).
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi
- Vətən müharibəsi Şəhidi Samir Allahverdiyevin doğum gününə həsr olunmuş minifutbol üzrə Lənkəran-Astara Regionun açıq turniri - 10 iyun - 30 iyul, saat 19:00 (Lənkəran rayon Ürgə minifutbol stadionu);
- 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş həvəskarlar arasında minifutbol üzrə rayon açıq turnirinin qrup oyunları - 10-16 iyun, saat 16:00 (Masallı rayonu, Böyük Xocavar kənd futbol meydançası);
- 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş gənclər arasında voleybol üzrə açıq rayon turniri - 12-13 iyun, saat 10:00 (Masallı Olimpiya İdman Kompleksi);
- 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş şahmat üzrə məktəbli oğlan və qızlar arasında rayon turniri -12-13 iyun, saat 10:00 (Astara rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş basketbol üzrə rayon turniri - 12-14 iyun, saat 11:00 (Cəlilabad rayon 2 nömrəli tam orta məktəb);
- "İdman hamı üçün" layihəsi çərçivəsində boks üzrə nümünəvi çıxışlar - 13 iyun, saat 11:00 (Cəlilabad Olimpiya İdman Kompleksi);
- Zərərli vərdişlərdən uzaq olmaq, sağlam həyat tərzinin və idmanın təbliği ilə bağlı idman ictimaiyyətinin nümayəndələrinin şagirdlərlə maarifləndirici görüşü və ustad dərsləri - 13 iyun, saat 10:00 (Lənkəran rayon 8 nömrəli tam orta məktəb);
- "İdman hamı üçün" layihəsi çərçivəsində stolüstü tennis üzrə nümunəvi çıxışlar - 13 iyun, saat 14:00 (Yardımlı rayon Çayüzü kənd tam orta məktəbi);
- 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında sərbəst güləş üzrə rayon turniri - 13-14 iyun, saat 11:00 (Masallı rayonu, “Cəngavər” idman zalı);
- Böyüklər arasında nərd turniri - 14 iyun, saat 15:00 (Lerik şəhər istirahət parkı);
- “İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi idman tədbiri - 15 iyun, saat 15:00 (Lerik rayonu, Heydər Əliyev Meydanı);
- 16 iyun - Atalar Günü münasibətilə açıq hava şəraitində əyləncəli idman tədbirləri - 15 iyun, saat 10:00 (Masallı rayonu, Nizami Gəncəvi adına xatirə parkı).
Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi
- 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş boks üzrə Mingəçevir şəhər açıq birinciliyi - 10 iyun, saat 10:00 (Mingəçevir şəhər Cəmil Əliyev küçəsi, boks idman zalı);
- 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş kənd komandaları arasında futbol üzrə rayon turniri - 10-15 iyun saat 17:30 (Yevlax şəhər Karvan stadionu);
- 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş stolüstü tennis üzrə rayon birinciliyi - 11-12 iyun, saat 10:00 (Zərdab Peşə liseyi);
- 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş kikboksinq üzrə nümunəvi çıxışlar - 12 iyun, saat 17:00 ( Ucar rayon Heydər Əliyev prospektində yerləşən idman bölməsi);
- Nərd üzrə rayon birinciliyi - 12-14 iyun, saat 15:00 (Göyçay Gənclər Evi SXM);
- 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş futbol üzrə U-12, U-13 qruplarının nümunəvi çıxışları - 13 iyun, saat 16:00 (Ağdaş rayon stadionu);
- 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş kikboksinq üzrə nümunəvi çıxışlar - 13 iyun, saat 16:00 (Kürdəmir Olimpiya İdman Kompleksi);
- 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş taekvondo üzrə rayon birinciliyi - 15 iyun, saat 10:00 (Göyçay Olimpiya İdman Kompleksi).
Mil-Muğan regional Gənclər və İdman İdarəsi
- Şahmat üzrə məktəblilər arasında rayon turniri - 10 iyun, saat 11:00 (Sabirabad rayon Ulacalı kəndi);
- 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş gənclər arasında nərd üzrə rayon turniri - 13 iyun, saat 16:00 (Saatlı Gənclər Evi);
- Tennis üzrə həvəskarlar arasında nümunəvi çıxışlar - 13 iyun, saat 15:00 (İmişli Olimpiya İdman Kompleksi);
- Futbol üzrə nümunəvi çıxışlar - 13 iyun, saat 11:00 (Beyləqan rayon 2 nömrəli tam orta məktəb).
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- Sərbəst güləş üzrə 2007-2009, 2010-2012-ci il təvəllüdlü yeniyetmələr arasında açıq turnir - 9-10 iyun, saat 9:00 (Oğuz Olimpiya İdman Kompleksi);
- Atalar Gününə həsr edilmiş, atalar və oğullar arasında futbol üzrə turnir - 11 iyun, saat 16:00 (Qax şəhər 3 saylı tam orta məktəb);
- 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş bələdiyyə və təşkilatlar arasında futbol üzrə rayon turniri - 10-16 iyun, saat 18:00 (Balakən Olimpiya İdman Kompleksi);
- 28 May - Müstəqillik Gününə həsr edilmiş həvəskarlar arasında futbol üzrə rayon turniri - 28 may - 14 iyun, saat 16:00 (Oğuz Olimpiya İdman Kompleksi);
- 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş həvəskarlar arasında şahmat üzrə rayon turniri - 11-12 iyun, saat 11:00 (Oğuz şəhər 1 saylı tam orta məktəb);
- Taekvondo üzrə yeniyetmələr arasında ustad dərsləri - 14 iyun, saat 16:00 (Qəbələ Olimpiya İdman Kompleksi).
Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- “Sağlam həyat günləri” layihəsi çərçivəsində futbol üzrə təlim-məşq toplantısı - 12 iyun, saat 10:00 (Şirvan Olimpiya İdman Kompleksi);
- “Sağlam həyat günləri” layihəsi çərçivəsində yeniyetmə və gənclər arasında turnikdə dartınma və paralel qollarda yarış - 13 iyun, saat 19:00 (Şirvan şəhəri, M. Füzuli adına istirahət parkı);
- Cüdo üzrə nümunəvi çıxışlar - 10 iyun, saat 10:00 (Biləsuvar rayonu, Xırmandalı kəndi);
- 16 iyun - Atalar gününə həsr olunmuş minifutbol yarışı - 12 iyun, saat 10:00 (Biləsuvar şəhər internat tipli məktəb-lisey);
- Uşaq və yeniyetmələr arasında turnikdən dartınma yarışı - 14 iyun, saat 10:00 (Biləsuvar rayonu, Xırmandalı kəndi);
- Seyidsadıqlı kənd şəhidlərinin xatirəsinə həsr edilmiş kikboksinq üzrə nümunəvi çıxışlar - 10 iyun, saat 9:00 (Salyan rayon Seyidsadıqlı kənd tam orta məktəb);
- Pouerliftinq üzrə nümunəvi çıxışlar - 11 iyun, saat 15:00 (Salyan rayon Qarabağlı kəndində yerləşən fitnes zalı);
- “Sağlam həyat günləri” layihəsi - 12 iyun, saat 9:00 (Salyan şəhər uşaq əyləncə parkı);
- Boks üzrə nümunəvi çıxışlar - 13 iyun, saat 15:00 (Salyan Olimpiya İdman Kompleksi);
- Boks üzrə nümunəvi çıxışlar - 13 iyun, saat 15:00 (Salyan Olimpiya İdman Kompleksi);
- Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illinə həsr olunmuş kros qaçışı üzrə şəhər birinciliyi - 14 iyun, saat, 10:00 (Hacıqabul şəhər mərkəzi stadionu);
- Məktəblilər arasında uzununa tullanma üzrə yarış - 15 iyun, saat 12:00 (Hacıqabul şəhər
6 saylı tam orta məktəb);
- Turnikdə dartınma ve paralel qollarda yarış - 16 iyun, saat 10:00 (Hacıqabul şəhər 6 saylı tam orta məktəb);
- Ağırlıqqaldırma üzrə nümunəvi çıxışlar - 10 iyun, saat 15:00 (Neftçala Olimpiya İdman Kompleksi);
- "Sağlam həyat" layihəsi çərçivəsində idman tədbiri - 14 iyun, saat 16:00 (Neftçala Olimpiya İdman Kompleksi);
- Bədii gimnastika üzrə nümunəvi çıxışlar - 15 iyun, saat 12:00 (Neftçala Olimpiya İdman Kompleksi).

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
2
idman.biz

5Mənbələr