AZ

Ermənistan parlamentinin binasının qarşısında tikanlı məftillər quraşdırılır - VİDEO

Erməni polisləri parlament binasının qarşısında tikanlı məftillər quraşdırır.

Redaktor.az bildirir ki, bununla bağlı videogörüntülər erməni "Telegram" kanallarında yayılıb.

Qeyd edək ki, bundan əvvəl Ermənistanda etirazlara rəhbərlik edən keşiş Baqrat Srbazan (Qalstanyan) bildirib ki, deputatlar etirazçıların tələblərini yerinə yetirməsə parlamentə girişi bağlayacaq.

Xatırladaq ki, Ermənistanda bir müddətdir Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə etiraz edən müxalifətçilər etirazlar keçirirlər. Onlar Ermənistanla Azərbaycan arasında sərhəd dirəklərinin quraşdırılmasına, Tovuzun işğal altında olan bir neçə kəndinin Azərbaycana qaytarılmasına, ümumilikdə sülh prosesinə mane olmağa çalışırlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
4
redaktor.az

5Mənbələr