AZ

“Günə 1 milyon da versələr, bu olmadan “Səni axtarıram” verilişini etmərəm”

"Canlı efir aparmaq başqadır. Sənət adamları üçün də canlı efir başqadır. Mən canlı yayımı çox sevirəm. Düşünürəm ki, 4 il "Səni axtarıram" verilişini necə aparmışam. İndi hətta mənə günümə 1 milyon da versələr mən aparıcısı olduğum "Səni axtarıram" ictimai-sosial verilişini "yazılı" formada etmərəm".

Yenilik.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Xoşqədəm Hidayətqızı aparıcısı olduğu "Günaydın, Azərbaycan!" verilişində deyib.
"Doğuş qorxusundan mənə deməyib ki..."

Xoşqədəm canlı efirin məsuliyyətindən söz açıb:
"Aparıcısı olduğum "Səni axtarıram" ictimai-sosial verilişini aparmaq çox çətin idi. Beş saat çəkiliş edirdim, amma o verilişi montajda kəsib 1 saat 40 dəqiqə etməli idim. Zülm çəkirdim, bu, mənə lazım deyil.
Canlı efir heyif deyil. Mənim səhhətim, sağlamlığım gedir. Əvvəllər isə mən bunu başa düşmürdüm. Bir ildir ki, sağlamlığımla bağlı müalicələr alıram. Özümə söz verdim ki, heç bir pul və madiyyat sağlamlığımdan önəmli deyil. Düzdür, işimi sevirəm, amma səhhətim də mənim üçün hər şeydən önəmli və üstündür".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
4
yenilik.az

5Mənbələr