AZ

Bu yeməkləri birlikdə yemək olmaz

Bəzi yeməklər var ki, birlikdə yeyilməsi çox sevilir. Ancaq bəzən bu, həzm sistemini çox yorur.

Yenisabah.az xəbər verir ki, türkiyəli dietoloq Betül Serttaş bu mövzuda insanlara xəbərdarlıq edib:

“Balıq qatıq və ya ayranla yeyildikdə həzm problemi yarada bilər. Digər tərəfdən, tərkibində turşu olan hər hansı qida, məsələn, sirkə, günəbaxan tumları qatıqla birlikdə yeyilməməlidir. Turp və kərə yağının da qatıqla birlikdə qəbul edilməməsi tövsiyə olunur.

Südlə birlikdə toyuq, balıq, pendir, yumurta və qatıq istehlak edildikdə, artıq protein qəbulu orqanizmə toksik təsir göstərə bilər.

Ətli xörəklər yeyərkən onlarla birgə nə yediyinizə diqqət yetirilməlidir. Sarımsaq və sirkə ilə duzlu ət istehlak etmək uyğun deyil.

Təbii antibiotik olduğu düşünülən soğan, demək olar ki, bütün yeməklərlə birlikdə istehlak edilir. Ancaq sarımsaq və soğanı birlikdə yemək uyğun olmadığı üçün heç vaxt sarımsaq olan qidalarla birlikdə istehlak edilməməlidir”.

Şeyla Səmiyeva


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
20
yenisabah.az

10Mənbələr