AZ

Buna görə ad gününü iki gün öncə qeyd edib: “Əziyyət vermək istəmirəm, əlidolu gəlməsinlər”-FOTO+ÖZƏL

“Ad günümü bu gün qeyd edə bilmədim. İki gün öncə “Zaurla Günaydın” verilişində keçirtdim. Dünən də anam başda olmaqla qohumlarım, yaxınlarım, dostlarım evimə yığışdı. Məni hədiyyə, gül-çiçək yağışına tutdular. Bu günə qədər təbriklərimin ardı-arası kəsilmir. Hazırda Özbəkistandayam. Sabah Özbəkistanda Azərbaycan mədəniyyəti günləri keçiriləcək. Daşkənddə gözəl bir konsertimiz var. Biri gün isə bacım, xalq artisti Gülyaz Məmmədovanın iştirakı ilə “Arşın mal alan” tamaşası nümayiş etdiriləcək. 3-4 gün ərzində Özbək xalqına Azərbaycanın mədəniyyəti təbliğ olunacaq. Özbəkistan mənim üçün doğmadır. Mənim ikinci vətənimdir” 
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Gülyanaq Məmmədova bildirib. 
 
Xalq artisti dəbdəbədən hər zaman uzaq olduğunu bildirib.
 
“Restoranda yaxud da hansısa bir şadlıq evində dəbdəbəli ad günü keçirtməyin heç vaxt tərəfdarı olmamışam. Yoldaşımın da, övladlarımın da ad günü mənimki kimi sadə keçir. Onsuz da məni sevənlər təbrik edir. Bir-bir hamıya cavab yazıram, təşəkkür edirəm. Gülyaz xanım da mənə kömək edir, adımdan hər kəsə təşəkkür edir. Ad günü etsəm bilirəm ki, kimsə əlidolu gələcək, hədiyyə gətirəcək. Mən bunu istəmirəm, heç kimə əziyyət vermək istəmirəm. Düzdür, hədiyyə gözəldir, hər kəs diqqət istəyir. Amma quru dillə edilən təbrik də insana xoşdur. Məni xalqın sevgisi yaşadır. Hər gələn yaş mənim üçün xatirəyə dönür. Yaşanan gün qalır. Əziz qardaşım Məhsim Məhsimov hər il doğum günümdə mənə bir klip hədiyyə edir. Bu il də “Təəssüf” adlı mahnıma klip təqdim etdi. Boyun qaçırmaq istədim, amma dedi ki, bacı bir gününü mənə ayır. Əziyyət vermək istəmirəm. Tələbələrim də mənə gözəl sürpriz etdi. Hamıya deyirəm ki, gəlin ad günümə yığışaq, oxuyaq, oynayaq, amma hədiyyə gətirməyin. Həm gözəl gündür, həm kövrək, həm də sevincli gündür. Biz yaşa dolduqca analarımız da qocalır, balalarımız da böyüyür, Bu hissləri ifadə edə bilmirəm” deyə xalq artisti bildirib.
Gülyanaq Məmmədova saytlarda bacısı, xalq artisti Gülyaz Məmmədovanın gəlinini efirə çıxartması ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib.
“Saytlarda yazılıb ki, Gülyanaq Məmmədova bacısının gəlinini efirə çıxartdı. Bəli, o bacımın gəlinidir, amma Gülyazın yox, böyük bacım Kinayətin gəlinidir. Öz tələbəmizdir. İstəmirdik ki, efirdə bunu bildirək, xanəndə kimi gəlmişdi ad günümə. Əvvəldən verilişə yazdıranda demişdim ki, hamısı ailə üzvlərimizdir. Zaur efirdə dedi, biz də üstünə getmədik. Yaxşı tələbələrimizdəndir, gözəl də oxuyur. Qoy elə bizim gəlinlərimizin hamısı müğənni, xanəndə olsun. Gülyaz hələ ki, oğlunu evləndirməyib” deyə sənətkar bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
182
5
moderator.az

10Mənbələr