AZ

Millimizin yeni məşqçisi əsas komanda ilə vidalaşacağı vaxtı açıqlayıb

Bakı. Trend:

Rumıniyada Avropa çempionatının B divizionunda yaxşı çıxışetməyə çalışacağıq.

Trend xəbər verir ki, bunuİdman.biz-əgənc basketbolçulardan (U-20) ibarət Azərbaycan millisinin yeniməşqçisi Zaur Paşayev deyib.

Yığmada ispaniyalı Alberto Blankonun köməkçisi işləyəcək idmançıetimadı doğrultmağa çalışacağını bildirib: “Məqsəd gələn aykeçiriləcək Avropa çempionatında uğurlu çıxış etməkdir. Neçəillərdir ölkəmizdə basketbol yox səviyyəsində idi. Emin ƏmrullayevAzərbaycan Basketbol Federasiyasına prezident seçildikdən sonra hərşey yaxşı gedir. Basketbolda yenidən canlanma yaranıb. Uşaqlarürəklə məşq edirlər. Təlim-məşq toplanışlarında, yarışlarda çıxışedirlər. Düzdür, neçə ildir basketbolun vəziyyəti ürəkaçan olmadığıüçün komanda bir az zəifdir. Amma Rumıniyada uğurlu çıxışedəcəyimizə inanıram”.

Paşayevin sözlərinə görə, milliyə məşqçi təyin olunmaq onunbasketbolçu karyerasına təsir etməyəcək: “Bu il noyabrda yığmadason oyunuma çıxacam. Artıq cavanlar gəlir. Onlara yol açmaqlazımdır. Amma çempionatda oynamağı düşünürəm. Yəqin ki, 2 ildənsonra basketbolçu karyeramı yekunlaşdıracağam”.

Qeyd edək ki, U-20 millimiz iyulun 12-dən 21-ə kimi RumıniyadaAvropa çempionatının B divizionunun B qrupunda Niderland, BöyükBritaniya, Portuqaliya və İrlandiyaya ilə olacaq.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
1
az.trend.az

2Mənbələr