Bəs bu halların yayılması nə ilə bağlıdır? Analoji vəziyyətlə üzləşən vətəndaşlar nə etməlidir?
Mövzu ilə bağlı hüquqşünas və iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, bu, həmin ictimai iaşə obyektlərinin açıq-aşkar vergidən yayındığını göstərir:
“Əlbəttə, bu konkret olaraq vergidən yayınmadır. Belə halda ödəniş həmin ictimai iaşə obyektinin sahibkar hesabına deyil, hansısa fiziki şəxsin hesabına daxil olur və heç bir vergi də yoxdur. Bu açıq şəkildə vergidən yayınmadır və müştərilər bununla bağlı şikayət edə bilər”.
Hüquqşünas Vergi Məcəlləsində belə hallarla bağlı sahibkarlara müəyyən cərimə və sanksiyanın nəzərdə tutulduğunu diqqətə çatdırıb:
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində bununla bağlı sanksiyalar var. Sadəcə, bu halda vergi orqanına məlumat vermək lazımdır. Vergidən yayınmanın cəriməsi gizlədilən məbləğin 50 faizini təşkil edir”.