AZ

İtkin düşən hərbçimiz Ermənistanda həbs olunub? - Rəsmi AÇIQLAMA

Ermənistan Milli Təhlükəsizlik Xidmətində Azərbaycan hərbçisinin sərhədi keçməsi ilə bağlı faktiki məlumat yoxdur.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti "Azatutyun"a bildirib.

 

Bildirilib ki, yeni məlumatlar əldə olunarsa, əlavə dəqiqləşdirmələr aparılacaq.

 

Qeyd edək ki, erməni teleqram kanallarında azərbaycanlı hərbçinin Ermənistanda həbs edilməsi barədə xəbərlər yayılıb.

 

***

15:55

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.

 

Modern.az-ın məlumatına görə, erməni mətbuatı itkin düşən hərbçimizlə bağlı bir sıra iddialar irəli sürüb.

 

Bildirilir ki, hərbçimiz Ermənistan sərhədini keçib və saxlanılıb. Məlumatı ermənilərin teleqram kanalları da yayıb.

 

Ermənistan Milli Təhlükəsizlik Xidməti hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Seçilən
116
1
modern.az

6Mənbələr