AZ

Son iki ildə “Azercell” təhlükəli tullantılarını 3 dəfə azaldıb

Son

Bakı, 10 iyun, AZƏRTAC

Son iki il ərzində şirkətimiz təhlükəli tullantıları 3 dəfə azaldıb. Baza stansiyalarımızda istifadə olunmuş batareyalar yenidən istehsal edilir ki, bu da tullantıların həcminin azalmasına səbəb olur.

AZƏRTAC xəbər verir ki, bunu “Azercell”in Hüquq, Etika və Komplayens departamentinin direktoru Şirin Əliyeva “Azercell”in “Dayanıqlı inkişaf: çağırışlar və həllər” mövzusunda tədbirində deyib.

Onun sözlərinə görə, 2016-cı ildən bəri şirkət “yaşıl ofis” siyasətinə keçib ki, hədəf kağız tullantılarının azaldılmasıdır.

““Azercell”in ESG strategiyasına dörd komponent daxildir. Bunlardan birincisi “Azercell”in Azərbaycanda aparıcı telekommunikasiya operatoru kimi roluna diqqət yetirir. Bu istiqamət çərçivəsində şirkət şəbəkənin genişləndirilməsini, məlumatların mühafizəsini, etik biznes təcrübələrinin tətbiqini, enerjinin idarə edilməsini və bərpaolunan enerji mənbələrinə keçidi, həmçinin iqlim dəyişikliyi şəraitində milli prioritetləri nəzərə almağı planlaşdırır. İkinci komponent telekommunikasiya infrastrukturunun inkişafına, xüsusən də texnoloji innovasiyaların tətbiqinə həsr olunub ki, bu da şirkətin sahənin ön sıralarında qalmasına imkan verəcək. Üçüncü komponent isə kommunikasiya vasitələrinə, eləcə də əhalinin müxtəlif təbəqələrini dəstəkləməyə yönəlmiş sosial və ictimai proqramlarına çıxış imkanını əhatə etməklə imkanların və inklüzivliyin genişləndirilməsinə fokuslanıb. Dördüncü komponent kadr potensialı, bərabərlik və inklüzivliyin inkişafı, iş yerində təhlükəsizlik və sağlamlığın təmin edilməsi, eləcə də ixtisaslaşmış mütəxəssislərin istedadların cəlb edilməsi və inkişafı ilə əlaqəlidir”, - deyə Şirin Əliyeva vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
1
azertag.az

3Mənbələr