AZ

Türkiyənin inkişafına töhfə verən 10 xanımdan biri…

Azərbaycan Türk Ocağı  Sürəyya Ağaoğlu layihəsinə başlayır.

 

Viral.az xəbər verir ki, “Azərbaycan Türk Ocağı” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Şuşadan İstanbula Sürəyya Ağaoğlu yolu” adlı layihəyə start verib. 

1903 – cü ildə Şuşada  böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun ailəsində dünyaya göz açan Sürəyya Ağaoğlu türk – müsəlman dünyasının ilk hüquq vəkilidir , 1949 – cu  ildə ilk dəfə İstanbulda valdeyn qayğısından məhrum olan kimsəsiz uşaqlar ücün sığınacaq mərkəzi açıb.  Türkiyədə və dünyada qadın və uşaq hüquqlarının ən fəal müdafiəcisi kimi çıxış edən  S.Ağaoğlunun  uğurları Mustafa Kamal Paşa  Atatürkün diqqətini çəkib , şərəfinə ziyafətlər verib. 

Son illər keçirilən sorğularda S.Ağaoğlu Atatürkün anası Zübeydə xanımın da olduğu siyahıda Türkiyənin inkişafına töhfə verən 10 qadından biri seçilib. Sovetlər dönəmində iki dəfə Moskvaya səfər edən S.Ağaoğlu 1982 – ci ildə Azərbaycana gəlir , qohumları ilə görüşür, ata yurdu Şuşaya getmək istəsə də mümkün olmur.Azərbaycanı Türkiyə qədər sevən , bu iki qardaş dövləti bir – birindən ayırmayan S.Ağaoğlu atası Əhməd bəy Ağaoğlunun 120 illiyi yubley tədbirinə dəvət alsa  da  ömür vəfa vermir , 1989 – cu ilin dekabrın 29 – da beyin qanamasından dünyasını dəyişir. Türkiyədə adına küçə və vəqf var. 

 Layihə əsasında “Şuşadan İstanbula Sürəyya Ağaoğlu yolu” eyniadlı 350 nüsxədən ibarət kitab çap olunub. Layihə çərçivəsində ilk tədbir iyunun 12-də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində keçiriləcəkdir. Növbəti tədbir iyunun 20-də İlahiyat İnstitutunda baş tutacaq, “Şuşadan İstanbula Sürəyya Ağaoğlu yolu” adlı kitabın təqdimatı keçiriləcək və gənclərə kitab paylanacaq. Sonrakı tədbirlər Ankara və İstanbulda – Ankara Türk Ocağı Mərkəzi binasında, İstanbul Türk Ocağında keçiriləcək. Həmçinin, Sürəyya Ağaoğlu Təhsil və Tədris Fondunda tədbir planlaşdırılır.

 

1355954

a.social-link-anchor svg { color: white; fill: white; } a.social-link-anchor.email svg { color: #444444; fill: #444444; } a.social-link-anchor.facebook { background-color: #1778f2; } a.social-link-anchor.twitter { background-color: #1da1f2; } a.social-link-anchor.linkedin { background-color: #0d66c2; } a.social-link-anchor.pinterest { background-color: #e60122; } a.social-link-anchor.email { background-color: #f0f0f0; } a.social-link-anchor { width: 36px; height: 36px; display: flex; align-items: center; justify-content: center; border-radius: 2px; } a.social-link-anchor:hover { transform: scale(1.1); } a.social-link-anchor { transition: all 0.15s ease; } li.social-link { list-style: none; } ul.end-post-layout { display: flex; gap: 15px; flex-direction: row; flex-wrap: wrap; } ul.left-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; left: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; } ul.right-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; right: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; }

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
2
viral.az

10Mənbələr