AZ

"Azərbaycanfilm” rəhbərliyində kütləvi istefa

Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar mədəniyyət işçisi Nazim Hüseynov öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.

Publika.az xəbər verir ki, bunu Teleqraf.com-a "Azərbaycanfilm” kinostudiyasının mətbuat xidmətinin rəhbəri Ramil Ələkbərov təsdiqləyib.

O bildirib ki, direktordan əlavə olaraq Kinostudiyanın rəhbər işçiləri də işdən çıxmaq haqqında ərizələrini təqdim ediblər. Direktor müavini, prodüser Emil Nəcəfov və aparat rəhbəri Aydın Hüseynovun istefa ərizləri təsdiqlənib.

Nazim Hüseynov isə işdən çıxmasının səbəbləri barədə danışmaq istəməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
1
publika.az

6Mənbələr