AZ

"Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu"nun rəhbərliyi dəyişdirilib

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdindəki "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu" MMC-yə yeni direktor əvəzi təyin edilib.

Məlumata görə, bu, Səbuhi Bəşirovdur.

O, bundan əvvəl Dövlət Xidmətində çalışıb və institutun rəhbərliyində Cahid Qədirlini əvəz edib.

Xatırladaq ki, "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu" kommersiya qurumu kimi 1994-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır. İnstitut tarixi abidələrin bərpası istiqamətində yeganə elmi-tədqiqat təşkilatıdır.

Report

Seçilən
97
4
marja.az

5Mənbələr