AZ

Qazaxıstanlı veteran: “Millimiz Azərbaycana qalib gəlməlidir”

"Azərbaycan millisini yaxşı tanıyırıq. Çünki bu yaxınlarda onlarla Millətlər Liqasında qarşılaşmışdıq".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu Qazaxıstan futbolunun veteranı Bulat Esmaqambetov deyib.

O, sabah yoldaşlıq oyunları çərçivəsində keçiriləcək Azərbaycan - Qazaxıstan matçı ilə bağlı fikirlərini açıqlayıb: "Onda Qazaxıstan qrupda 1-ci, Azərbaycan 2-ci olmuşdu. Düşünmürəm ki, Astana və Bakıdakı son görüşlərdən sonra ciddi nə isə dəyişib. Əgər ötən qarşılaşmada yığmamız Ermənistanla səfərdə oynamışdısa, indi oyun neytral meydanda keçiriləcək. Onu da nəzərə alaq ki, Qazaxıstan Azərbaycana qarşı daha uğurlu oynayır. Düşünürəm ki, millimiz Azərbaycana qalib gəlməlidir".

Qeyd edək ki, Azərbaycanla Qazaxıstan arasında yoldaşlıq oyunu sabah Macarıstanda keçiriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
3
milli.az

4Mənbələr