AZ

Türk dünyasının birliyi möhkəmlənir



Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasətin mühüm prioritet istiqamətlərindən biri Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsidir. Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) fəaliyyəti bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, dövlət başçıməız iyunun 6-da TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarını qəbul edərkən söylədiyi nitqində bu tədbir Türk dünyasının birliyinin daha bir təzahürü olduğunu xüsusi olaraq vurğuladı. Öz çıxışlarında hər zaman - “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur”, fikrini səsləndirən cənab Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlərin daha da intensivləşdirilməsinin vacibliyini daim diqqət mərkəzinə çəkir. Təşkilatın bir aydan sonra Şuşada məhz Azərbaycanın təşəbbüsü ilə keçiriləcək qeyri-rəsmi Zirvə görüşü də bu məqsədə xidmət edir. Öz çıxışında dövlətimizin başçısı Zirvə görüşlərinin ildə bir dəfə keçirilməsini yetərli hesab etmədiyini vurğuladı. Həqiqətən də, hər növbəti Zirvə görüşünün Türk dövlətləri arasında birliyin və həmrəyliyin daha da gücləndirilməsinə doğru atılmış mühüm addım olduğunu nəzərə alsaq, bu təmasların intensivləşdirilməsinə olan zərurət açıq-aydın görünər.
Bunu da demək lazımdır ki, COP29 öncəsi Türk dövlətlərinin rəhbərlərinin Azərbaycanda bir araya gələrək vahid strateji mövqe formalaşdırmaları, müzakirə olunacaq məsələlər üzrə evvektiv nəticələrin əldə olunmasına xidmət edəcək. Cənab Prezident İlham Əliyev öz çıxışında Şuşada təşkil olunacaq qeyri-rəsmi Zirvə görüşündə əsas mövzuların nəqliyyat və iqlimlə bağlı olacağını anonsladı. Aydındır ki, hər iki məsələ bütün Türk dünyası üçün kifayət qədər böyük önəm daşıyır. Nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi üçün zəruri olan bir prosesdir. Bu gün potensialına bütün dünyada böyük ehtiyac olan Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması bunun əyani təsdiqidir. Qeyd edək ki, bu layihədə Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərirlər. İqlim məsələləri isə bu gün aydındır ki, Azərbaycanın gündəliyində duran əsas vəzifələrdən biridir. COP29-a hazırlıq ərəfəsində qardaş ölkələrlə bu məsələləri bir də müzakirə etmək əlbəttə ki, böyük fayda verəcək. Cənab Prezident İlham Əliyev öz çıxışında Türk dünyasının geniş coğrafiyanı əhatə edən və böyük potensiala malik bir ailə olduğunu xüsusi vurğulayaraq, bu potensilın dünya miqyasında böyük bir gücə çevirməyin bir nömrəli vəzifə olduğunu qeyd etdi.

Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının üzvü.




Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
3
aia.az

4Mənbələr