AZ

Rusiyada FACİƏ: baba nəvəsini və iki yaşlı nəticəsini ÖLDÜRDÜ + FOTOLAR

Rusiyada 75 yaşlı baba nəvəsini və nəticəsini bıçaqlayaraq öldürüb.

Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, faciə iyunun 7-də baş verib.

Yaşlı kişi 29 yaşlı nəvəsi ilə mübahisə edib. Daha sonra qadının qarnına bir neçə bıçaq zərbəsi vurub, son olaraq isə iki yaşlı qızının boğazını kəsib.

Polisi isə işdən qayıdan qurbanların əri və atası çağırıb.

Ailənin firavan yaşadığı bildirilir. Kişinin həyat yoldaşı öləndə o, nəvəsinin yanına köçüb. Müstəntiqlərin sözlərinə görə, yaşlı kişi öz bağ evinə köçmək istəyib və nəvəsindən mülkünün sənədlərini istəyib, lakin qadın onları göstərməkdən imtina edib və bu səbəbdən mübahisə ediblər.

Qatil avqustun 6-dək istintaq təcridxanasına salınıb, onu 20 ilə qədər həbs və ya ömürlük həbs gözləyir.

Medianews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
50
medianews.az

10Mənbələr