AZ

Rusiyasız sülh sammiti:

İsveçrə hökuməti iyunun 15-16-da keçirilməsi planlaşdırılan Ukrayna Sülh Sammiti üçün paytaxt Berndə mətbuat konfransı keçirib.

News24.az-ın məlumatına görə, iclasda verilən açıqlamada bildirilib ki, sammitin məqsədi hər iki tərəfin gələcək sülh prosesinə necə daxil ediləcəyi ilə bağlı yol xəritəsini birgə müəyyən etməkdir.

Açıqlamada indiyədək sammit üçün 90 dövlət və təşkilatın qeydiyyatdan keçdiyi və dövlətlərin yarısının Avropadan, qalanlarının isə digər qitələrdən olduğu bildirilib.

Zirvə toplantısında nüvə təhlükəsizliyi, naviqasiya azadlığı, qida təhlükəsizliyi və humanitar məsələlər müzakirə olunacağı deyilir.

Rusiyanın dəvət olunmadığı sülh konfransının yekunu ilə bağlı yekun bəyannamənin hazırlandığı da əlavə edilib.

Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Peter Stano may ayının sonunda verdiyi bəyanatda birliyin sammiti tam dəstəklədiyini və geniş iştirakın təmin edilməsi üçün beynəlxalq tərəfdaşlarla birlikdə çalışdığını bildirib.

Moskvada Kremlin sözçüsü Dmitri Peskov deyib ki, konfransın gələcəyi yoxdur.

"Bu sammitdə Ukrayna ilə bağlı məsələlərin Rusiyasız müzakirəsi ideyası absurddur", - Peskov bildirib.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
1
news24.az

2Mənbələr