AZ

Sümbülə Əliyeva: "Özümü təqsirli bilmirəm"

Vəkillər Kollegiyasının 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə Sümbülə Əliyeva özünü təqsirli bilməyib. O bildirib ki, işi saxtalaşdırılıb. 

Sünbülə Əliyeva deyib ki, kollegiyanın rəhbəri Anar Bağırov və intizam komissiyasının üzvləri broya gəliblər və Sərdar Qasımovu büroya müdir təyin edilməsini təklif ediblər: 'Mən etiraz etdim və dedim ki, qanunvericiliyə uyğun olaraq büronun üzvlərindən biri müdiri seçilə bilər. Amma sonradan Sərdar Qaımov müdir təyin olundu. Sonradan Anar müəllim dedi ki, sənədləri Sərdar müəllimə verməyibsən? Mən dedim ki, təhvil təslim etmək lazımdır. Mənə bildirdilər ki, təhvil təslimə ehtiyac yoxdur. Mən də sonradan zöümə yeni ofis tapdım ki, fərdi qaydada vəkil kimi fəaliyyət göstərim. Sonra sənədləri Sərdar müəllimə təhvil verdim". 

Sümbülə Əliyeva deyib ki, istər istintaq, istərsə də məhkəmə dövründə özünü təqsirli bilməyib. O, özündən sonra 1 saylı Hüquq məsləhətxanasına müdir təyin olunmuş Sərdar Qasımovun ölüm səbəbini belə izah edib. Qeyd edib ki,

Sərdar müəllimə özü Korrupsiya qarşı mübarizə idarəsinin qəbul şöbəsində vəfat edib. 

Sümbülə Əliyeva deyib ki, Nadir İbişovun özünü heç bir müqaviləsi olmayıb, bütün işlərə təyinatla çıxıb: "Təyinatla da çıxış saatı 6 manatdır. Guya ona 15 min 468 manat yazılıb. Mənim tərəfimdən guya mənimsəmə kimi yazılıb".

Vəkil qeyd edib ki, maliyyə sənədlərdə onun imzası olmayıb. Onun sözlərinə görə, əməkhaqları yazılması ilə onun heç bir əlaqəsi olmayıb, bu işlərlə mühasibatlıq məşğul olub. 

Növbəti proses iyunun 13-də davam edəcək.

İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödəməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib.
Cinayət işi üzrə zərərin 100 min manatdan çox olduğu bildirilir.

İstintaq orqanı tərəfindən Sünbülə Əliyevanın barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkən şəxs qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.

Qeyd edək ki, 70 yaşlı Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.

Fariz Məlikli
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
8
demokrat.az

10Mənbələr