AZ

"Xarici media ilə əməkdaşlıq cinayətdir" - İranda seçkilərlə bağlı XƏBƏRDARLIQ!

İranın baş prokuroru Mohammad Kazem Movahedi-Azadi prezident seçkilərində iştirak edəcək namizədlərə xarici media qurumları ilə əməkdaşlıq etməmələri barədə xəbərdarlıq edib və onlardan etnik və məzhəb həssaslığını artırmaqdan, real olmayan vədlər verməkdən çəkinmələrini istəyib.

Olaylar.az İran mediasına istinadən xəbər verir ki, İran Prezidenti İbrahim Rəisinin vəfatından sonra keçiriləcək növbədənkənar prezident seçkiləri üçün təşviqat prosesi dünən Konstitusiyanın Keşikçilər Şurasının yekun namizədlərinin adlarını açıqlaması ilə başlayıb.

Movahedi Azad Seçki Cinayətlərinin Qarşısının Alınması və Mübarizə Mərkəzi Komitəsinin iclasında verdiyi açıqlamada "Xarici media ilə əməkdaşlıq cinayətdir, seçkilərdə xarici və düşmən mediadan istifadə edilməməlidir", deyib.

İranın baş prokuroru seçki rəsmilərini və namizədləri "milli birliyi vurğulamağa, inqilab və Vilayət-i Fəqih dəyərlərinə hörmət etməyə, seçkilər üçün ədalətli və rəqabət mühiti təmin etməyə" çağırıb. (Sfera)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
1
olaylar.az

2Mənbələr