AZ

İsrailin Qəzzaya hücumu nəticəsində daha 3 jurnalist həyatını itirib

İsrail ordusunun Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində daha 3 jurnalist həyatını itirib. 

Yenicag.az xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media Ofisindən açıqlama verilib.

Həyatını itirənlərin Fələstinin “Əl-An Xəbər” Agentliyinin jurnalisti Abdullah Əhməd əl-Cəmel, “Ailə Səadəti” jurnalının müxbiri Ahlam Azzat əl-İcle və “Sureyya Media” əməkdaşı Dina Abdullah əl-Batnici olduğu bildirilib.

Bununla da Qəzzada həyatını itirən jurnalistlərin sayı 150-yə çatıb./unikal

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
1
yenicag.az

2Mənbələr