AZ

Talıbovun dövründə yarımçıq saxlanılan layihənin icrasına başlanılır

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda yeni içməli su təchizatı və kanalizasiya sistemlərinin qurulması ilə bağlı yarımçıq qalmış layihənin icrasına başlanılır.

Publika.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, muxtar respublikanın Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bununla bağlı hazırlıqlara start verib.

Belə ki, Heydərabad qəsəbəsi, Sədərək və Qaraağac kəndlərinin su təchizatı və kanalizasiya sistemləri üzrə yarım qalmış işlərin layihə-smeta sənədləri hazırlanacaq.

Belə ki, tapşırığa uyğun olaraq görülmüş işlərin (149 km su şəbəkəsi, 129 km kanalizasiya şəbəkəsi, ev birləşmələri, 15 ədəd qazılmış subartezian quyusu, 1 ədəd nasos stansiya və hər birinin su tutumu 5000 kub metr olan 4 ədəd su anbarı) mövcud vəziyyəti araşdırılacaq və layihə sənədlərinə daxil olunacaq. Layihə ərazisi üzrə mühəndis-geoloji işlər və onun hesabatı, yarımçıq qalmış işlərin işçi layihə sənədləri işlənib hazırlanacaq.

Eləcə də subartezian quyuları və nasos stansiya üçün xarici və daxili elektrik təchizatı və SCADA sistemi layihələndirilməli, ətraf mühitə təsirlərin qiymətləndirilməsi hesabatı hazırlanmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
14
publika.az

10Mənbələr