AZ

Sabunçuda obyektdə yanğın oldu

Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.

"Unikal" FHN-ə istinadən xəbər verir ki, bir dam altında tikilən ümumi sahəsi 390 m² (1-ci mərtəbəsi 210 m², mansardı 180 m²) olan birmərtəbəli mansard tipli müxtəlif təyinatlı obyektin (oyun salonu, dərzi, optika, geyim və meyvə-tərəvəz mağazası kimi fəaliyyət göstərir) mansardında fəaliyyət göstərən sahəsi 180 m² olan oyun salonunun yanar konstruksiyaları və dam örtüyü 140 m² sahədə yanıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
16
unikal.az

10Mənbələr