AZ

Şimali Koreya Cənubi Koreyaya hava balonları göndərir

Şimali Koreya Cənubi Koreyaya zibil balonları göndərməkdə davam edir.

NOCOMMENT.az xəbər verir ki, ötən gecə sərhəddən təxminən 310 zibil balonu göndərilib.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsindən bildirilib ki, hava balonların son partiyasında tullantı kağız və plastik olub. Heç bir zəhərli maddə aşkar edilməyib.

Hərbçilərin hesablamalarına görə, Şimali Koreya həftə sonu Cənubi Koreyaya 1600-dən çox zibil balonunu göndərib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
1
nocomment.az

7Mənbələr