AZ

Ukrayna müharibədə ilkə imza atıb – Su-57 qırıcısı…

Ukrayna Silahlı Qüvvələri müharibənin başladığı gündən ilk dəfə olaraq Rusiyanın Su-57 qırıcısını vurduğunu iddia edib.

NOCOMMENT.az xəbər verir ki, bildirilib ki, cəbhə xəttindən təxminən 600 kilometr aralıda hərbi hava qüvvələrinin bazasında yerləşən ən müasir 5-ci nəsil rus döyüş təyyarəsi olan Su-57 vurulub.

Qeyd edək ki, bu bəyanatlar Qərb müttəfiqlərinin Kiyevə silahlarından Rusiya ərazisinə məhdud zərbələr endirmək üçün istifadə etməsinə icazə verdikdən sonra verilib. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi hücumun nəticələrini əks etdirdiyi iddia edilən peyk fotolarını paylaşıb.

Məlumata görə, hücum şənbə günü cəbhə xəttindən təxminən 589 kilometr aralıda baş verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
9
nocomment.az

10Mənbələr