AZ

Manşet.az 3 yaşını qeyd edir

Bu gün Manşet.az xəbər portalının 3 yaşı tamam olur. 

İqtisadiyyat.az xəbər verir ki, xəbər portalı 2021-ci il iyunun 10-dan fəaliyyətə başlayıb və qısa müddət ərzində populyarlıq qazanıb.

Sayt ölkəmizdə və dünyada baş verən ən mühüm ictimai-siyasi prosesləri və hadisələri oxuculara təqdim edir. Saytın fəaliyyəti qısa bir zamanı əhatə etsə də, əslində, ölkənin ən aparıcı xəbər portalları ilə rəqabət aparmaq imkanlarına malikdir.

Saytın təsisçiləri Famil Fərhadoğlu Əli Vəliyevdir.

Saytda siyasət, iqtisadiyyat, mədəniyyət, idman bölmələri fəaliyyət göstərir. Gündəmin nəbzini tutan Manşet.az tək Azərbaycanda yox, ölkəmizin hüdudlarından kənarda yaşayan həmyerlilərimiz tərəfindən də izlənilir və sevilir.

İqtisadiyyat.az kollektivi “Manşet.az”dakı həmkarlarını təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
23
iqtisadiyyat.az

10Mənbələr