AZ

Gələn aydan Gürcüstana sərnişin qatarı açılır? – İDDİA

Cari ilin iyulun 1-dən etibarən Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətini bərpa edəcəyi iddia edilir.

KONKRET.az-ın məlumatına görə, bununla bağlı artıq hazırlıqlara başlandığı deyilir. Bildirilir ki, “Azərbaycan Dəmir Yolları” QSC-yə müvafiq işlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “Ölkə.Az”ın sorğusuna cavab olaraq bildirildi ki, quru sərhədlərin açılması ilə bağlı qərar verilməyənə qədər bu istiqamətdə hər hansı bir iş görülə bilməz:

“Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarından sonra bununla bağlı addımlar atıla bilər”.

Qeyd edək ki, Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti 2020-ci ildən pandemiya ilə bağlı olaraq dayandırılıb. (Ölkə.Az)

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
6
konkret.az

7Mənbələr